EN

Reklamdan 45 milyon ALACAQ

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

“Kuruluş: Osman” serialından ayrılması ilə gündəmə gələn məşhur aktyor Burak Özçivit bu dəfə bağladığı reklam müqaviləsi ilə gündəmə gəlib.

Redaktor.az xəbər verir ki, aktyorun yeni reklam müqaviləsindən 45 milyon TL əldə edəcək.

B.Özçivit “İstanbulun ən gözəl qızı” adlı layihədə iştirak edəcək. Layihənin əsas sponsoru olan tikinti şirkəti ilə razılaşan aktyor həmin şirkətin reklam çarxlarında rol alacaq və bunun müqabilində 45 milyon TL qazanacaq.

Xatırladaq ki, Burak Özçivit baş rolunu canlandırdığı “Kuruluş: Osman” serialında yeni mövsümdə hər bölüm üçün 4 milyon lirə qonorar tələb etdiyi üçün prodüser şirkəti ilə razılığa gələ bilməmiş və layihədən ayrılmışdı. Onun sərvətinin 1 milyard lirəni keçdiyi bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
7
redaktor.az

8Sources