Qeyd edək ki, İsmail Kartal "Fənərbaxça" cameəsi üçün yad adam deyil. O, 2014-2015 və 2022-2024-cü illərdə İstanbul klubunun baş məşqçisi olub. "Fənərbaxça" tərəfdarları hələ Maurinyonun dövründə İsmail Kartalın geri qayıtması üçün kampaniya başlatmışdılar.
İsmail Kartalın sonuncu iş yeri İranın "Persepolis" klubu olub. "Persepolis" Kartalın rəhbərliyi ilə oynadığı 16 matçın 8-də qalib gəlib. Dörd oyun bərabərə başa çatıb. Kartalın komandası 4 oyunda meydandan məğlub ayrılıb.