EN

"Onu daha çox sevirlər, bundan məmnun deyiləm" - Tramp

Ağ Evdə keçirilən Milad qəbulu zamanı ABŞ prezidenti Donald Tramp zarafatla ictimaiyyətin Birinci Xanımı daha çox sevdiyindən şikayətlənib.

"Unikal" xəbər verir ki, Melaniya Trampın yanında dayanan prezident qeyd edib ki, hər çıxışı zamanı "Biz Birinci Xanımımızı sevirik" yazısı olan lövhələr görür.

"Nə edə bilərəm? Mən bunu bəyənmirəm, çünki görünür, onlar onu məndən daha çox sevirlər və mən bundan məmnun deyiləm. Mən məmnun deyiləm", - deyə Tramp bildirib.

O, əlavə edib ki, bu məsələ ilə bağlı həyat yoldaşı ilə danışacaq.

Chosen
102
50
unikal.az

10Sources