EN

Sidneydə terror aktı törədənlər ata və oğlu imiş

Sidneydə 16 nəfərin ölümünə və 40 nəfərin yaralanmasına səbəb olan terror hücumunun törədənlərin ata və oğul olduqları müəyyən edilib.

Publika.az xəbər verir ki, Yeni Cənubi Uels ştatının polis komissarı Mal Lenyon bu barədə mətbuat konfransında bildirib.

İstintaq məlumatına görə, Bonday çimərliyində hücum edənlər Sidneyin cənub-qərbində yerləşən Bonniriqq rayonunun iki sakini olub. Qeyd edilir ki, 24 yaşlı kişi yaxalanma zamanı ağır yaralanıb, 50 yaşlı atası öldürülüb.

Chosen
36
8
publika.az

10Sources