EN

Şagird kimi çıxdığı məktəbə müəllim kimi qayıtdı Diryanın ilk ali təhsilli qadını Video

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Lənkəranın Diryan kəndində təxminən 1000 nəfər yaşayır. Lakin kəndin yazılmamış qaydaları var. Son illərə kimi Diryan kəndində qızların oxuyub ali məktəbə daxil olması, təhsil almaq üçün şəhərə getməsi xoş qarşılanmayıb.

“Qafqazinfo” İTV-yə istinadən xəbər verir ki, bütün bunlara rəğmən Mehmanə Mirzəzadə Diryanın ilk ali təhsilli qadınıdır.

O, şagird kimi çıxdığı məktəbə müəllim kimi qayıdıb.

M.Mirzəzadənin əzmi sayəsində kəndin qızlarının taleyi dəyişib, təhsil almağa həvəsləniblər.

“Qızların oxumağına o qədər biganə yanaşırdılar ki, düşündüm bu çəpəri aşıb öz məqsədimə çatacağam. Maddi çətinliyim oldu. Gedib-gəlməyə şəraitimiz yoxdur, amma bu gün burdayamsa, deməli bunları aşmışam. Mənim müəllim olmağım, həm də qız şagirdlərimdə motivasiya yaradır”, - o bildirib.

Qeyd edək ki, M.Mirzəzadə 2018-ci ildə Diryan kənd məktəbini bitirib və Lənkəran Dövlət Universitetinə daxil olub. 

Daha ətraflı videomaterialda:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
137
14
qafqazinfo.az

10Sources