EN

"Real Madrid" səfərdə qələbə qazandı

Yazını böyüt
Yazını kiçilt

İspaniya La Liqasında XVI turun oyunları davam edir.

Hafta.az xəbər verir ki, günün son qarşılaşmasında “Real Madrid” səfərdə “Alaves”in qonağı olub.

Gərgin keçən görüşdə azarkeşlər 3 qola şahidlik ediblər. “Kral klubu” Kilian Mbappe və Rodriqonun vurduğu qollar sayəsində rəqibini 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu qələbə ilə “Real Madrid” xallarının sayını 39-a çatdıraraq turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Aktivində 18 xalı olan “Alaves” isə 12-ci sırada yer alır.

Chosen
43
4
hafta.az

6Sources