EN

Yaşar Nurinin xanımı qızının vəfatından danışdı Video

Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Mərhum Xalq artisti yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva qızı Ülviyyənin vəfatından danışıb.

Axşam.az xəbər verir ki, "Bir gün" verilişinə qonaq olan R.Nuriyeva övladını itirdikdən sonra insanlardan uzaqlaşdığını bildirib:

"Şərhlər yazırlar, başına gəlməyən ağzına gələni yazır. Mənim keçirtdiyim müzakirə edilməməlidir. Hər zaman demişəm ki, kimə nə maraqlıdırsa mənə zəng etsin soruşsun. Yaşar Nurinin vəfatından sonra düşünürdüm ki, nəyimsə yoxdur. Sonra fəxr etdim: küçəyə çıxa bilmirdim ki, hamı deyir Yaşarın həyat yoldaşı. İndi isə lap qəribədir. Küçədə kim görür yaxınlaşır və qızım itkisini soruşur. Buna görə insanlardan uzaqlaşmışam".

Qeyd edək ki, Y.Nurinin iki qız övladı var. Onun digər qızı Ülkər isə müğənnidir. Ülviyyə bir neçə gün əvvəl qəfil ürəktutmasından dünyasını dəyişib. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
104
2
axsam.az

3Sources