Hollivud rejissoru Rob Reyner və həyat yoldaşı Mişel evlərində bıçaq yaraları ilə ölü tapılıblar.
Publika.az xəbər verir ki, bu barədə TMZ hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşr bildirir ki, "Əfsanəvi rejissor Rob Reyner və həyat yoldaşı Mişel Singer-Reyner vəfat edib... Mənbələrimiz onlarda bıçaq yaralarına uyğun kəsiklər olduğunu deyir".
İlkin məlumata görə, onların oğlu Nik Reyner rejissoru və həyat yoldaşını öldürməkdə şübhəli bilinir.
Nəşr adı açıqlanmayan mənbələrə istinadən bildirib ki, "Rob Reyner və həyat yoldaşı Mişel Singer-Reyner oğulları Nik tərəfindən öldürülüblər".