EN

"Azərsu”nun kanalizasiya işləriSumqayıtda sakinlərin etirazınasəbəb oldu - ŞİKAYƏT

Hakimiyyət.az-ın redaksiyasına daxil olan şikayətdə bildirilir.

Sumqayıtda kanalizasiya işləri sakinlərin narazılığına səbəb olub

Sumqayıt şəhəri, Novxanı bağ massivi, İsmət Qayıbov küçəsinin sakinləri “Azərsu” tərəfindən aparılan kanalizasiya xəttinin çəkilişindən narazıdırlar. Sakinlərin bildirdiyinə görə, görülən işlər zamanı küçənin asfalt örtüyü dağıdılıb və nəticədə ərazidə gediş-gəliş demək olar ki, mümkünsüz hala düşüb.

Yağışlı havalarda vəziyyətin daha da ağırlaşdığını deyən sakinlər, yaranan çala-çuxurların həm piyadalar, həm də nəqliyyat vasitələri üçün ciddi təhlükə yaratdığını vurğulayırlar. Onların sözlərinə görə, işlər uzun müddətdir başa çatdırılmır və dağıdılan yol örtüyü bərpa olunmur.

Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin hələlik problemin həllini tapmadığını bildirirlər. Bu səbəbdən onlar etiraz edərək, kanalizasiya xətti çəkildikdən sonra yolun əvvəlki vəziyyətinə qaytarılmasını və işlərin daha operativ şəkildə tamamlanmasını tələb edirlər.

Məsələ ilə bağlı “Azərsu” və digər aidiyyəti qurumların mövqeyi hələlik açıqlanmayıb.

Chosen
28
hakimiyyet.az

1Sources