ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Biləsuvarda təzyiqdən öldüyü deyilən qadının qətlə yetirildiyi məlum olub.
Ölkə.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə bir müddət öncə beyindaxili təzyiqdən öldüyü deyilən 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın boğularaq öldürüldüyü məlum olub. Qətl hadisəsində şübhəli bilinən gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və gəlinin qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.