EN

Elşad Məmmədov: “2026-cı ildə sosial ödənişlər 8 milyard manatı ötəcək”

İqtisadçı-analitik, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycanda sosial müdafiə tədbirləri ardıcıl və sistemli şəkildə davam etdirilir.

Onun sözlərinə görə, bu tədbirlər bir tərəfdən əhalinin geniş təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir, digər tərəfdən isə iqtisadiyyata mühüm müsbət impulslar verir:

"Sosial müdafiə mexanizmləri vasitəsilə iqtisadiyyata yönələn vəsaitlər daxili tələbatın artmasına, iqtisadi aktivliyin stimullaşdırılmasına və ümumi sosial-iqtisadi sabitliyin möhkəmlənməsinə töhfə verir. Bu istiqamətdə görülən işlər artıq dayanıqlı xarakter almaqdadır və müsbət nəticələr açıq şəkildə müşahidə olunur. 2026-cı il üzrə proqnozlar sosial müdafiə sahəsində artan dinamikanı göstərir. Belə ki, Dövlət Sosial Müdafiə Fondu xətti ilə əhaliyə ediləcək ödənişlərin 8 milyard manatı ötəcəyi gözlənilir. Mövcud proqnozlara əsasən, bu ödənişlərdə 788 milyon manatlıq artım nəzərdə tutulur. Bu artım sosial müdafiə tədbirlərinin genişləndirilməsi və əhalinin rifahının yüksəldilməsi istiqamətində atılan mühüm addımların göstəricisidir və dövlətin sosial siyasətinin prioritetliyini bir daha təsdiqləyir."

 

Chosen
136
qht.az

1Sources