EN

Qarşılıqlı xidmətlər dövriyyəsində nəqliyyat xidmətlərinin payı 28,2% təşkil edib

Bakı. Trend:

Bu ilin 9 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadiəlaqələrində xidmətlərin ümumi həcmi 14 milyard dollar təşkil edib.Bunun 7.7 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanınrezidentlərinə, 6.3 milyard dolları isə Azərbaycan rezidentləritərəfindən xarici ölkələrin rezidentlərinə göstərilənxidmətlərdir.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

"Qarşılıqlı xidmətlər dövriyyəsinin 28.2%-i nəqliyyat xidmətləriüzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 4.0 milyarddollar olan nəqliyyat xidmətlərinin 66.3%-i qeyri-rezidentlərinAzərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədarolub.

Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdiklərinəqliyyat xidmətlərinin dəyəri 2.6 milyard dollar,qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdiklərinəqliyyat xidmətlərinin dəyəri isə 1.4 milyard dollar təşkiledib.

Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərininixracı ötən ilin müvafiq dövrünə nisbətən 22.9% artıb, idxalı isə7.4% azalıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 50.2%artaraq 1.3 milyard dollar olub.

Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2024-cü ilin 9ayında 0.9 milyard dollar təşkil edib", - məlumatda vurğulanıb.

Məqalədə:
Chosen
65
az.trend.az

1Sources