14 mart 2011-ci ildə Türkiyənin əfsanəvi müğənnisi İbrahim Tatlısəsə, sürücüsünə və köməkçisinə edilən silahlı hücumun təşkilatçısı olan Abdullah Uçmak, 14 ildən artıqdır cəza çəkdiyi həbsxanadan yeni fotolarını paylaşıb.Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, “Bu ölkədə heç kim adam yaralamaqdan 14 il həbs cəzası çəkməyib, həbsxanadan çıxmaq haqqımdır”, - deyən Uçmak azadlığa buraxılmasını tələb edib. Sosial media hesabında vaxtaşırı fotolar paylaşan Uçmak, həbsdən nə vaxt çıxacağına dair hər hansı açıqlama verməyib.Qeyd edək ki, Abdullah Uçmak, Ersin Altun və Yunus Ayık “qəsdən adam öldürməyə cəhd” ittihamı ilə 30 il müddətinə azadlıqdan məhrum ediliblər.