EN

Bədbəxt hadisə: Azərbaycan universitetində tələbə yıxıldı

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Bu gün səhər saatlarında Azərbaycan Universitetində tələbə yıxılıb.

Universitetdə təhsil alan tələbə bu gün səhər saatlarında tədris müəssisəsinin mənfi birinci mərtəbəsində yıxılıb.

Hadisə ilə bağlı universitet rəhbərliyi ilə əlaqə saxladıq. Universitetdən Gununsesi.info-ya bildirilib ki, tələbə girişin qadağan olunduğunu göstərən xəbərdarlıq lövhəsinin olduğu əraziyə daxil olub və nəticədə yıxılıb.

Məlumata görə, tələbəyə dərhal universitet tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra əraziyə təcili tibbi yardım briqadası çağırılıb və tələbə xəstəxanaya yerləşdirilib. Xəstəxanada aparılan ultrasəs və rentgen müayinələri zamanı ciddi xəsarət aşkarlanmayıb.

Hazırda tələbənin vəziyyəti yaxşıdır və o, evə buraxılıb.

Ayşən

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
59
icma.az

1Sources