EN

Azərbaycan və Əlcəzair arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiya yaradılıb - FƏRMAN

Bakı. Trend:

Azərbaycan və Əlcəzair arasında ticarət, iqtisadi, elmi vətexniki əməkdaşlıq üzrə Birgə Komissiya yaradılıb.

Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Hökuməti iləƏlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət,iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanınyaradılması haqqında Saziş”in təsdiq edilməsi barədə Fərmanında özəksini tapıb.

Fərmana əsasən, 2025-ci il noyabrın 4-də Əlcəzair şəhərindəimzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair XalqDemokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmivə texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqındaSaziş” təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdənsonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onunmüddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişinqüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinəyetirildiyi barədə Əlcəzair Xalq Demokratik Respublikası Hökumətinəbildiriş göndərməlidir.

Chosen
49
13
az.trend.az

10Sources