Tehranda həyəcan dolu anlar: gənc qadın iki bina arasında iplə yeridi
Ajans.az Rokna-ya istinadən xəbər verir ki,hadisəni əks etdirən görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq gündəm olub. Potensial təhlükə nəzərə alınaraq hadisə yerində təcili yardım briqadaları növbətçilik edib. Qadının akrobatik və son dərəcə riskli hərəkətləri ətrafda toplaşan insanların böyük marağına səbəb olub. Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.