EN

Gözlənilmədən Ukrayna sammitində iştirak etdi KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Finlandiya Prezidenti Aleksander Stubb gözlənilmədən Berlində keçirilən Ukrayna üzrə sammitə qatılıb və ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə təxminən 20 dəqiqəlik görüş keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.

Məlumata görə, Stubb ABŞ və Ukrayna arasında vasitəçi qismində çıxış edib və bildirib ki, Moskva təkcə Ukraynaya deyil, qonşu Finlandiya üçün də ciddi təhlükə yaradır.

Donald Trampın etimad etdiyi fiqurlardan sayılan Stubb daha əvvəl onunla Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı vəziyyəti müzakirə edib və Moskvanın danışıqlarda istifadə etdiyi tanış strategiyalara diqqət çəkib.

Gözləntilərə görə, Finlandiya lideri ABŞ nümayəndə heyətinin mövqeyinə təsir göstərə bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
50
1
konkret.az

2Sources