
Bu ilin ilk 3 rübü ərzində fiziki şəxslər tərəfindən Azərbaycana xarici ölkələrdən 849 milyon 910 min dollar pul göndərilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə xaricdən göndərilən pulun miqdarı cəmi 1,4 min dollar artıb.
Qeyd edək ki, əvvəlki illərdə olduğu kimi Azərbaycana ən çox Rusiyadan pul göndərilib. Bu ilin ilk 3 rübü ərzində xaricdən köçürülən pulların 40,5%-i (343,9 milyon dollar) Rusiyanın payına düşüb. Rusiyadan göndərilən pullar əvvəlki illə müqayisədə 16,3% və ya 66,8 milyon dollar azalıb. Belə ki, 2024-cü ilin ilk 3 rübü ərzində Rusiyadan Azərbaycana 410,7 milyon dollar göndərilib.
Bu ilin ilk 9 ayında Azərbaycana ən çox aşağıdakı ölkələrdən pul köçürülüb:
Rusiya – 343,9 milyon dollar (ümumi məbləğin 40,5%-i);
Türkiyə – 140,3 milyon dollar (16,5%);
ABŞ – 74,1 milyon dollar (8,7%);
Böyük Britaniya – 30,6 milyon dollar (3,6%);
Gürcüstan – 30,5 milyon dollar (3,6%);
Birləşmiş Ərəb Əmirlikləri – 29,8 milyon dollar (3,5%);
Səudiyyə Ərəbistanı – 19,9 milyon dollar (2,3%);
Fransa – 19,0 milyon dollar (2,2%);
Qazaxıstan – 18,5 milyon dollar (2,2%);
Almaniya – 17,3 milyon dollar (2%);
Qətər – 12,2 milyon dollar (1,4%);
Özbəkistan – 11 milyon dollar (1,3%);
İsrail – 9,1 milyon dollar (1,1%);
İrlandiya – 9,1 milyon dollar (1,1%);
İsveçrə – 7,7 milyon dollar (0,9%);
Avstriya – 7,5 milyon dollar (0,9%);
Litva – 4,8 milyon dollar (0,6%);
Niderland Krallığı – 4,8 milyon dollar (0,6%);
Kanada – 4 milyon dollar (0,5%);
Polşa – 3,6 milyon dollar (0,4%);
Qırğızıstan – 3,5 milyon dollar (0,4%);
Belarus – 3,3 milyon dollar (0,4%);
Çexiya – 2,8 milyon dollar (0,3%);
Sinqapur – 2,6 milyon dollar (0,3%);
Küveyt – 2,6 milyon dollar (0,3%);
İtaliya – 2,1 milyon dollar (0,2%);
Digər dövlətlər – 35,3 milyon dollar (4,1%).
Elnur Əli