EN

Kamboca ilə Tayland arasında baş verən münaqişədə ölənlərin sayı artdı

Taylandla sərhəd münaqişəsində Kamboca mülki əhalisi arasında ölənlərin sayı 15-ə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə "Kamboca İnformasiya Nazirliyinə istinadən xəbər verir.

Daha əvvəl 11 nəfərin öldüyü və 300 mindən çox insanın təxliyə edildiyi bildirilmişdi.

"Məlumata görə, Tayland silahlı qüvvələrinin təcavüzü 15 mülki şəxsin ölümünə və 73 nəfərin yaralanmasına səbəb olub", - deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, Kambocada 400 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Tayland və Kamboca arasında 7 dekabrda yenidən başlayan silahlı münaqişə bir həftədən çoxdur ki, davam edir. Son məlumatlara görə, bu müddət ərzində Tayland 25 hərbçi itirib, onlarla insan yaralanıb.

Döyüşlər Taylandın sərhəd əyalətlərindən təxminən 400.000 sakinin təxliyəsinə səbəb olub.

Chosen
107
1
operativmm.az

2Sources