ABŞ ordusunun uzun mənzilli hipersəs silah proqramının bir hissəsi olaraq hazırlanmış Dark Eagle raketi Londondan Moskvaya çata bilir.
Herbiand.az bildirir ki, ABŞ ordusunun general-leytenantı Fransisko Lozano sistemin imkanları barədə danışıb.
Onun sözlərinə görə, raketin maksimum uçuş mənzilinun uzunluğu 3500 km-dir.
Lozano bildirib ki, Quamda yerləşən Dark Eagle Çini vurmaq qabiliyyətinə malikdir: “Raket Londondan Moskvaya, Qətərdən isə Tehrana zərbə endirə bilər.
Bəxtiyar CƏFƏRLİ