Daxili İşlər Nazirliyi (DİN) bir sıra xidmətlərin (sənədlərin) təkmilləşdirilməsi üzrə layihə hazırlayıb. Bu barədə DİN-dən məlumat verilib.
Məlumata görə, DİN vətəndaşların gündəlik həyatını asanlaşdırmaq, dövlət xidmətlərinin keyfiyyətini və əlçatanlığını artırmaq, o cümlədən ölkəmizin rəqəmsal transformasiya prosesini sürətləndirmək məqsədilə bir sıra xidmətlərin təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb.
Təkliflərdə şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının və sürücülük vəsiqələrinin alınması və yenilənməsi, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatı üzrə ilkin sənədlərin qəbulu mərhələsinin rəqəmsallaşdırılması nəzərdə tutulmaqla vətəndaşlar həmin xidmətlər üzrə ilkin müraciətlərini dövlət qurumlarına getmədən, onlayn şəkildə də təqdim edə biləcəklər.
Bu təşəbbüs “ölkÉ™nin rÉ™qÉ™msal hökumÉ™t” modelinin daha da güclÉ™nmÉ™sinÉ™, dövlÉ™t xidmÉ™tlÉ™rinin keyfiyyÉ™tinin artırılmasına vÉ™ vÉ™tÉ™ndaÅŸ mÉ™mnunluÄŸuna xidmÉ™t edÉ™cÉ™k, eyni zamanda BMT-nin Dayanıqlı İnkiÅŸaf MÉ™qsÉ™dlÉ™rinÉ™ töhfÉ™ verÉ™cÉ™k.