EN

Rusiyadan benzin ixracına qoyulan qadağa uzadıla bilər

Rusiyadan benzin ixracına qoyulan qadağa 2026-cı ilin fevral ayının sonuna qədər uzadıla bilər. 

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, Rusiyadan benzin ixracına qoyulan qadağa hazırda bütün bazar iştirakçıları üçün bu ilin sonuna qədər qüvvədədir. 

Bundan əlavə, istehsalçı olmayan ölkələrin dizel yanacağının, eləcə də dəniz yanacağının və digər qaz yağlarının ixracına məhdudiyyətlər tətbiq edilib.

Gülşən Şərif

Chosen
113
1
bakivaxti.az

2Sources