EN

Bəşər Əsəd Moskvada rus dili və göz həkimliyi üzrə təhsil alır

Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd Moskvada rus dili və oftalmologiya üzrə təhsil alır.

AzPost-un məlumatına görə, bu barədə etibarlı mənbələr The Guardian-a bildiriblər.

Onların sözlərinə görə, keçmiş diktatorun ailəsi Rusiya paytaxtında və BƏƏ-də gözdən uzaq və dəbdəbəli həyat sürür. Ailə çox guman ki, Moskvanın elita məhləsi sayılan Rublyovkada yaşayırlar.

Əsədin leykemiya xəstəsi olan həyat yoldaşı Əsma Rusiya kəşfiyyat xidmətlərinin nəzarəti altında eksperimental terapiyadan sonra remissiyaya nail olub və hazırda vaxtını Moskva butiklərində bahalı paltarlar almağa sərf edir.

Keçmiş Suriya prezidentinin ailəsi ictimai tədbirlərdə iştirak etmir. İstisna qızı Zeyn əl-Əsədin MGIMO-nu bitirməsi olub. Əsədin özü də məzun mərasimində iştirak etməyib. The Guardian-ın məlumatına görə, Bəşər Əsədin əlaqə dairəsi olduqca dardır. Onun Suriya və ya Rusiya elitası ilə ünsiyyət qurmaq imkanı yoxdur.

Mənbə vurğulayır ki, Putin hakimiyyətə nəzarəti itirən liderlərə qarşı biganədir: “Əsəd artıq nüfuzlu şəxs və ya hətta şam yeməyinə dəvət etmək üçün maraqlı qonaq kimi qəbul edilmir. Əsədin uşaqları bir az çaşqınlıq içindədirlər və “birinci ailə statusu olmadan həyata öyrəşirlər”, deyə keçmiş prezidentin ailə dostu bildirib.

AzPost.az

Chosen
144
1
azpost.info

2Sources