EN

Politico: Avropa Ukraynaya yardımın əleyhinədir

Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-nin "Politico" internet qəzeti məsələ ilə əlaqədar dekabrın əvvəlində hər iki ölkədə 2 min yetkin vətəndaş arasında sorğu keçirib. Sorğuya qoşulan almanların təqribən 46%-i, fransızların 37%-i Kiyevə yardımın əleyhinədir. Onların fikrincə, bu külli miqdarda yardım öz ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərir. Almaniya üzrə sorğu iştirakçılarının 26%-i, Fransa üzrə iştirakçıların 17%-i vurğulayır ki, yerli hökumətlər Ukraynaya dəstəkdən əvvəl daxili problemlərin həllinə diqqət yetirməlidirlər: "Sorğuda almanların 18%-i və fransızların 17%-i daha bir nöqtədə ortaq fikirdədirlər: Rusiya-Ukrayna müharibəsinin onların ölkələrinə qətiyyən dəxli yoxdur. Ona görə də Kiyevə maliyyə yardımı azaldılmalıdır. Sorğu iştirakçılarının 15-16%-i bu yardıma narazılığı başqa bir səbəblə əlaqələndirir: Avropanın artan dəstəyi Moskvanı daha da qızışdıra bilər". "Politico" diqqətə çatdırır ki, sorğuya Almaniyadan qoşulanların əksəriyyəti ölkələrinə Ukraynadan miqrant axınının məhdudlaşdırılmasını da istəyir. Eyni zamanda, Almaniya üzrə sorğu iştirakçılarının 21%-i, Fransa üzrə iştirakçıların isə 35%-i əks fikirdədir: onların qənaətinə görə, Ukraynaya maddi yardımın artırılması vacibdir. Sorğuda almanların 28%-i, fransızların isə 1/4-i belə düşüncədədir ki, yardım nə azaldılmalı, nə də artırılmalıdır. Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
1
azvision.az

2Sources