EN

İlon Mask sərvəti 600 milyard dolları keçən ilk şəxs oldu

Amerikalı iş adamı İlon Mask tarixdə sərvəti 600 milyard dolları keçən ilk şəxs olub.

XəzərNews.az xəbər verir ki, məlumatı "Forbes" jurnalı yayıb.

Dekabrın əvvəlində onun raket şirkəti SpaceX səhmləri almaq üçün açıq təklif elan edib və şirkətin dəyərini 800 milyard dollara çatdırıb ki, bu da şirkətin avqust ayında qiymətləndirilən dəyərindən iki dəfə çoxdur.

Bu, SpaceX-in təxminən 42%-nə sahib olan Maskın sərvətini 168 milyard dollar artıraraq 15 dekabr tarixinə 677 milyard dollara çatdırıb.

İş adamı hazırda tarixdə sərvəti 600 milyard dolları keçən ilk şəxsdir.



Xəbər 2 dəfə oxunub.
Chosen
119
xezernews.az

1Sources