Aktual.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,7 ABŞ dolları və ya 1,1% azalaraq 63,73 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 64,43 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində "Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.