EN

Meksikada təyyarə qəzası - 7 ölü

Meksikanın paytaxtı Meksiko şəhərindən təxminən 50 kilometr qərbdə kiçik bir təyyarənin qəza nəticəsində düşməsi səbəbindən ən azı 7 nəfər həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Meksiko şəhərinin Fövqəladə Hallar Koordinatoru Adrian Hernandez bildirib ki, Toluca Hava Limanından 5 kilometr məsafədə təcili eniş etməyə çalışan kiçik təyyarə qəzaya uğrayıb.

Hernandez qeyd edib ki, təyyarədə 8 sərnişin və 2 heyət üzvü olub. Hazırda təyyarənin 7 sərnişininin meyiti tapılıb.

Digər tərəfdən, qəzanın səbəbi ilə bağlı araşdırmaların davam etdiyi bildirilir.

Chosen
97
manset.az

1Sources