EN

Ukraynalıların azərbaycanlıları utandıran “Filipp Kirkorov” fərqi

Məlumatlardan öyrəndik ki, Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya Xalq artisti, müğənni Filipp Kirkorovu axtarışa verib.

Bu öz xalqını və dövlətini sevən, onu separatçılardan qoruyan ukrayna xalqının birlik əzminin nümayişidir.

Ukrayna hüquq-mühafizə orqanları xatırladırlar ki, müğənni 2021-ci il martın 18-də Moskvanın Lujniki stadionunda Krımın Rusiyaya birləşməsini dəstəklədiyi mitinq-konsertdə iştirak edib. Həm də tez-tez çıxışlarında separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” kimi kəlmələr işlədərək Ukraynanın ərazisinə qarşı haqsızlıq edib.

İndi də keçək öz ölkəmizə!

Rusiyanın Xalq artisti Filipp Kirkorov 2016-cı ilin dekabrında Bakıda “Я” (“Mən”) adlı solo konsert verdiyini xatırlayırsınız. Konsert “Crystal hall”da baş tutdu gecənin ən maraqlı məqamlarından biri müğənninin səhnədə əməkdar artist Eyyub Yaqubovun “Kim bilir” mahnısını Azərbaycan dilində səsləndirməsi oldu. Düzdür, o vaxt bir azərbaycanlı olaraq əslən erməni olan Filipp Krikorovun Bakıya gəlməsinə də, Aprel şəhidlərinin il mərasimi çıxmadan konsert verməsinə də sosial şəbəkə platformamda etiraz etdim. Təbii ki, buna baxmayaraq, ermənini Bakıya gətirənlər qalib gəldilər.
Təqdimetmədə onun rus müğənnisi olduğu elan edildi.

Yaxşı ki, sonradan Filipp Kirkorov onu “rus müğənnisi kimi təqdim edənlərin papağını və dilini yerə soxa bildi. Beləki o, ötən ilin fevralında etiraf etdi ki, onun əsl soyadı Kriqoryandır.

Müğənni doğum şəhadətnaməsini paylaşaraq, valideynlərinin cavan və gözəl göründüyü düz 60 il əvvəlki toy günündən bir neçə ailə şəkillərini nümayiş etdirdi.

Kirkorov həmçinin valideynlərinin nikah şəhadətnaməsinin şəklini əlavə edib və sənəddə onun əsl soyadının göstərildiyini qeyd etdi və dalınca da bildirdi ki, “Ermənistana pərəstiş edirəm… ”

Beləcə, uzun illərdir erməni olduğundan qəti imtina edən “sevimli” Filipp Krikorovunuz erməni olduğunu boynuna aldı.

Onu da oxuculara xatırladım ki, 2024-cü ildə Rusiyanın Soçi şəhərində keçirilən “Yeni dalğa” beynəlxalq musiqi müsabiqəsinin yekun konsertində Rusiyanın Xalq artisti Filipp Kirkorov Ermənistanın nümayəndəsi, 27 yaşlı Anahit Akopyanın səsindən xeyli təsirlənərək növbəti açıqlamasını da etdi:

”Mən Ermənistana pərəstiş edirəm, bu, mənim üçün sadəcə bir ölkə deyil, bu, əcdadlarımın vətənidir və nə vaxt erməni musiqisinə, düdüyə (bizim balaban musiqi alətimiz) qulaq assam, həmişə bu ölkəyə və öz ölkəsini hər zaman mükəmməl təmsil edən ifaçılara köklənirəm”.

Olmasaydı cahanda sarsaqlar, yəqin ki, ac qalardı yaltaqlar…

Erməni Krikorovun oteldəki yatağına qızılgül ləçəkləri səpələyən Aygün Kazımovalar və eyni beyində olan azərbaycanlılar onun Azərbaycana gəlişinə hər zaman sevinib… Ötən il də bu erməni Azərbaycana gəldi.
Axı, 2019-cu ildə Bakıda konsert verən Krikoryan tam bir il sonra 44 günlük müharibə dövründə ermənilərə dəstək oldu.


Dəfələrlə Azərbaycana gəlib konsertlər verən xalq artisti sosial şəbəkədə erməni əsgər üçün dua edib. Belə ki, sosial şəbəkələrdə yayılan erməni əsgərinin fotosuna Filipp şərhdə onun üçün dua edib.

Filip Kirkorovun atası Rusiyanın xalq artisti Bedros Kirkoryan da Azərbaycanın qatı düşmənidir.O, 2-ci Qarabağ müharibəsi zamanı Rusiyada yaşayan erməni diasporu ilə birlikdə Qarabağdakı separatçılar üçün 2 milyon 600 min rubl (təqribən 33 min dollar) pul toplamışdı.

Qeyd edək ki, bizim bəzi xalq artistlərimiz hələ də bilə-bilə ki Krikoryan ermənidir, onu sevməkdə davam edirlər.

Xatırlayırsınız? Aygün Kazımova ilə layihəsi lap ələ düşməz oldu. Rusiyalı müğənni ilə dodaq-dodağa çəkdirdiyi fotolar zamanında böyük səs-küyə səbəb oldu.

Bilmirəm nədənsə, həmin vaxt xalq artisti Flora Kərimova etirazçı xalqa məsləhət olsun, deyə belə bir açıqlama da verdi:

“Filipp Kirkorova qarşı çıxmaq onun milyonlarca seyrçisini üstümüzə qaldırmaq deməkdir. Flip Kirkorov Türkiyəyə gedib, türk bayrağına sarılıb, türk mahnısı oxuyub. Onun ulu babası erməni olub, amma atası bolqardır, anası haqqında isə məlumatım yoxdur. Bir də ki millət damğa deyil, düşmən damğadır”.

Xalq artisti Aygün Bayramova isə: “Onu yaxşı araşdırmaq lazımdır, bəlkə də heç erməni deyil. Mən bilmirəm onun nənəsi ermənidir və ya babası. Bu məsələyə birmənalı yanaşmaq olmaz. O, gözəl ifaçıdır, müğənnidir, gözəl də mahnıları var. Kirkorovun Azərbaycana gəlməsinə münasibətim pis deyil. Gəlir, gəlsin də” sözləri ilə yadda qaldı.

Görəsən, ukraynalıların Kirikorova olan münasibətini görəndən Krikoryanın erməni olduğunu dəqiqləşdirəndən sonra adıgedən xalq artistləri bircə qırıq utanıb qızarıblar?

Əntiqə Rəşid

Chosen
112
nocomment.az

1Sources