EN

Sabunçuda evdən 8 min dollarlıq qızıl oğurlanıb

Sabunçu rayonunda evdən oğurluq edilib...

Poliqon xəbər verir ki, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən 8000 dollar dəyərində qızıl-zinət əşyasının naməlum şəraitdə talanmasını bildirib. Polis əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən M.Vəlizadə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Chosen
72
10
poliqon.info

8Sources