2025-ci ilin 11 ayı (yanvar-noyabr) ərzində Azərbaycana 1 milyard 998 milyon 854 min dollar dəyərində 104 min 404 ədəd avtomobil (nəqliyyat vasitəsi) idxal olunub.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən yazır.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin 11 ayı (yanvar-noyabr) ərzində Azərbaycana 1 milyard 673 milyon 214 min dollar dəyərində 82 min 926 ədəd avtomobil idxal edilmişdi.
Beləliklə, Azərbaycana cəmi avtomobil idxalı 2025-ci ilin 11 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsilə 21 min 478 ədəd və ya 26%, dəyər ifadəsilə 325 milyon 641 min dollar və ya 19,5% artıb.
