EN

İcra başçısı kənd sakinlərinin müraciətlərini dinlədi - FOTOLAR

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə operativ baxılması, obyektiv yanaşılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və  tapşırıqlarına  uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir.

"Unikal" xəbər verir ki, qəbulda öncə, möhtərəm prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli siyasi strategiyanın, dövlətimizin təhlükəsizliyinin təminatı, sosial-iqtisadi inkişafının daha yaxşılaşdırılması istiqamətlərində görülən işlərin əhali arasında təbliği məqsədilə icra başçısı tərəfindən geniş məzmunlu məruzə edilir.

Səyyar qəbullar-əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir. Bu məqsədlə, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının  xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə Balakürd kəndində səyyar qəbul keçirib. Sakinləri dinləyən icra başçısı mövcud problemlərin həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini bildirib. 

Chosen
45
4
unikal.az

10Sources