EN

Ərdoğan Ukrayna və Rusiyaya xəbərdarlıq etdi

Rusiya-Ukrayna müharibəsi Qara dənizdə naviqasiya təhlükəsizliyini ciddi şəkildə təhdid edir.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Son günlərdə həyata keçirilən qarşılıqlı hücumlar Qara dənizdə naviqasiya təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Ticarət və gəmiləri hədəfə almağın heç kimə faydası yoxdur. Bu məsələ ilə bağlı hər iki tərəfə xəbərdarlıqlarımızı açıq və qəti şəkildə çatdırmışıq”, - dövlət başçısı bildirib.

Chosen
142
1
teleqraf.com

2Sources