Qusar rayonunun Girik kəndində rayon icra hakimiyyəti başçısının səyyar qəbulu keçirilib.
İcra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, rayon rəhbəri ilə yanaşı, görüşdə hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı sakinlər elektrik enerjisinin verilişində tez-tez fasilələrin yaranması diqqətə çatdırıb, Samur-Həzrə yolunda nişanlanma xətlərinin çəkilməsi, fərdi pay torpaq sahələrinin kol-kosdan təmizlənməsinə və kənddə yerləşən stadion ərazisinin çəpərlənməsinə köməklik göstərilməsini xahiş ediblər.
RİH başçısı qaldırılan və müzakirə edilən digər məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlarını verib.