EN

“ABŞ və Ukrayna nümayəndələri yenə görüşəcəklər” - Zelenski

“ABŞ və Ukraynanın nümayəndə heyətlərinin yeni görüşü yaxın günlərdə baş tuta bilər”.

Paralel.az xəbər verir ki , bu barədə Ukrayna prezidenti Volodimir Zelenski keçirdiyi mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, təhlükəsizlik zəmanətləri məsələsi aktiv şəkildə müzakirə olunmağa davam edir:
 

“Ukrayna NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinə sahib olmaq istəyir və “istəkli ölkələr koalisiyası”nın necə reaksiya verəcəyini bilmək istəyir.


Müxtəlif formatlarda dəstəklənən ordumuz bizim əsas təhlükəsizlik zəmanətimizdir, bu, eyni zamanda Aİ-yə üzvlükdür”.

Chosen
39
2
paralel.az

3Sources