EN

İsrail ordusu Qəzzanın cənubunda silahlı bir radikalı zərərsizləşdirdiyini açıqlayıb

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

İsrail qoşunları Qəzza zolağının cənubunda ordunun mövqelərinə yaxınlaşan silahlı bir radikalı zərərsizləşdirib.

APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"Qəzza zolağının cənubunda əsgərlər üçün birbaşa təhlükə yaradan şübhəli bir əşya daşıyan əsgərlərə yaxınlaşan bir terrorçu müəyyən edilib. Terrorçunu müəyyən etdikdən sonra əsgərlər ona hücum edərək təhlükəni aradan qaldırıblar", - məlumatda deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
113
1
apa.az

2Sources