İsrail qoşunları Qəzza zolağının cənubunda ordunun mövqelərinə yaxınlaşan silahlı bir radikalı zərərsizləşdirib.
APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"Qəzza zolağının cənubunda əsgərlər üçün birbaşa təhlükə yaradan şübhəli bir əşya daşıyan əsgərlərə yaxınlaşan bir terrorçu müəyyən edilib. Terrorçunu müəyyən etdikdən sonra əsgərlər ona hücum edərək təhlükəni aradan qaldırıblar", - məlumatda deyilir.