EN

Sidneydə terror aktını törədən şəxs komadan çıxdı - İttiham irəli sürüləcək

BAKI, 17 dekabr. TELEQRAF

Avstraliyanın Yeni Cənubi Uels ştatının polisi Sidneydə törədilən terror aktının sağ qalan icraçısına dekabrın 17-də rəsmi ittiham irəli sürəcək.

Teleqraf xəbər verir ki, bu barədə ştatın polis rəhbəri Mal Lenyen məlumat verib.

Lenyen bildirib ki, Bondi çimərliyində insanlara atəş açan Navid Akram dekabrın 16-da komadan çıxıb. Onun sözlərinə görə, istintaq orqanları dərmanların təsirinin azalmasını və şübhəlinin vəkil tapmasını gözləməli olub.

Polis rəhbəri günün sonuna qədər hücum edən şəxslə danışmağı planlaşdırdığını da qeyd edib.

Chosen
104
teleqraf.com

1Sources