EN

ABŞ Finlandiya üçün istehsal edilən ilk F-35A qırıcı təyyarəsini təqdim edib

Bakı. Trend:

ABŞ-ın Texas ştatında Finlandiya Hərbi Hava Qüvvələri üçünistehsal olunmuş ilk “Lockheed Martin” F-35A Lightning IIçoxməqsədli qırıcı təyyarəsinin təqdimat mərasimi keçirilib.

Trend xəbər verir ki, bubarədə Finlandiyanın “Yle” yayım portalı məlumat yayıb.

Məlumata görə, Finlandiyanın müdafiə naziri Antti Hakkanenbildirib ki, F-35A qırıcı təyyarələri həm Finlandiyanın, həm dəNATO hərbi alyansının müdafiə qabiliyyətlərini əhəmiyyətli dərəcədəgücləndirəcək.

Qeyd olunur ki, bu qırıcılar Finlandiyada müxtəlif missiyalarüçün istifadə ediləcək və ölkənin növbəti 30 il ərzində müdafiəimkanlarını təmin edəcək.

Finlandiya ABŞ-dan ümumilikdə 64 qırıcı təyyarə sifariş edib. Butəyyarələr gələn ildən etibarən hazırda istismarda olan “McDonnellDouglas” F/A-18 Hornet qırıcılarını mərhələli şəkildə əvəz etməyəbaşlayacaq. Müqavilənin imzalandığı vaxtda dəyəri 10 milyard avrotəşkil edib və tədarüklərin 2030-cu ildə başa çatdırılmasıplanlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatına görə, Finlandiya qırıcıtəyyarələrin istehsal prosesində də iştirak edəcək. Belə ki, F-35Aüçün reaktiv mühərriklərin bəzi komponentləri “Nokia”, gövdəhissələri isə “Patria” şirkəti tərəfindən istehsal olunacaq.

Chosen
48
2
az.trend.az

3Sources