EN

Tramp Madurodan tələb etdi: Torpağı və nefti ver

ABŞ prezidenti Donald Tramp Venesueladan bütün nefti, torpağı və digər "oğurlanmış" aktivləri ABŞ-a qaytarmağı tələb edib/

Publika.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabı olan “Truth Social”da yazıb.

O qeyd edib ki, hazırda Bolivar Respublikasının sahillərində əhəmiyyətli bir hərbi qüvvə cəmləşib. "Venesuela tamamilə Cənubi Amerika tarixində indiyə qədər toplanmış ən böyük armada ilə əhatə olunub", - deyə Amerika lideri bildirib.

“Armada yalnız böyüyəcək və əvvəllər heç görmədikləri zərbələrə məruz qalacaqlar - ta ki əvvəllər bizdən oğurladıqları bütün nefti, torpağı və digər aktivləri ABŞ-a qaytarana qədər”, - Tramp deyib. Tramp hansı torpaqların qaytarılmalı olduğunu dəqiqləşdirməyib. ABŞ ilə Venesuela arasında heç bir ərazi mübahisəsi yoxdur. İki ölkə arasında 550 kilometrlik dəniz sərhədi 1980-ci ildə qurulub və Vaşinqtonla Karakas tərəfindən təsdiqlənib.

Chosen
50
2
publika.az

3Sources