EN

Tramp Venesuela ətrafına əlavə hərbi qüvvələr göndərəcək

“ABŞ ordusu, bu ölkə Vaşinqtondan əvvəllər oğurladığı neft, torpaq və digər aktivləri geri qaytarana qədər Venesuela ətrafında mövcudluğunu artıracaq”.

Bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında bildirib.

"Venesuela Cənubi Amerika tarixində indiyə qədər toplanmış ən böyük armada ilə tamamilə əhatə olunub. O, yalnız böyüyəcək və əvvəllər heç vaxt görmədikləri kimi zərbə alacaqlar. Bu, əvvəllər bizdən oğurladıqları bütün neft, torpaq və digər aktivləri ABŞ-a qaytarana qədər davam edəcək", - Tramp yazıb.

Chosen
74
3
herbiand.az

7Sources