Vəkil Nemət Kərimlinin onun və yaxınlarının sosial şəbəkədə təhqir olunması barədə xüsusi ittiham qaydasında şikayəti əsasında məhkəmə prosesi keçirilib.
Â
Suraxanı Rayon Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə sosial şəbəkədə saxta hesab yaradaraq vəkili və yaxınlarını təhqir etməkdə təqsirləndirilən İmamət İsmayılova barəsində qərar qəbul edilib.
Â
Bundan əvvəl də xüsusi ittiham qaydasında ittiham edilərək 6 aylıq həbs olunan və hazırda cəza çəkən İmamət İsmayılovanın cəzaları birləşdirilib və ona 8 ay həbs cəzası təyin edilib.
Â
1994-cü il təvəllüdlü İmamət İsmayılovanın jurnalist olduğu bildirilir.
Â
APA