EN

“Mançester Yunayted” Kobbi Mainunu transfer etmək istəyir

“Mançester Yunayted”in mərkəz yarımmüdafiəçisi Kobbi Mainu gələcəkdə klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, "Siti” 20 yaşlı istedadlı futbolçunu transfer etmək üçün ciddi səylər göstərir.

“Şəhərlilər” Ruben Amorimin rəhbərliyi altında keçirdiyi oyun vaxtından narazı olan ingilis yarımmüdafiəçinin durumunu yaxından izləyir.

Kobbi Mainu cari mövsümdə bütün turnirlər üzrə “qırmızı şeytanlar”ın heyətində 12 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Gənc futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

“Transfermarkt” portalının məlumatına əsasən, Mainunun hazırkı bazar dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.

“Çelsi” Liqa Kubokunda yarımfinala yüksəldi - 11-ci dəfə

PSJ Mbappeyə 61 milyon avro ödəyəcək

Qvardiola açıqladı - YENİ İLƏ QƏDƏR OYNAMAYACAQ

“Fənər”in futbolçusu zədələndi - 2 ay MEYDANDA OLMAYACAQ

FIFA ilin rəmzi heyətini açıqlayıb - FOTO

Chosen
95
apasport.az

1Sources