EN

“KNDS Deutschland” və “Leonardo” birgə mobil artilleriya sistemi inkişaf etdirəcək

Almaniyanın “KNDS Deutschland” (KNDS) və İtaliyanın “Leonardo” şirkətləri birlikdə mobil artilleriya sistemi inkişaf etdirəcəklər.

“Poliqon” “Leonardo”ya istinadən xəbər verir ki, Bu məqsədlə şirkətlər arasında Niyyət Məktubu imzalanıb.

Yeni inkişaf etdiriləcək artilleriya sistemi KNDS-in artilleriya top modulu və “Leonardo”nun təkmilləşdirilmiş zirehli nəqliyyat vasitəsinə əsaslanacaq. Hər iki şirkət təchizat zəncirinin dayanıqlığını və bazara çıxış müddətini artırmaq məqsədilə sənaye əməkdaşlığını gücləndirməyi planlaşdırır. Şirkətlər bu birgə həlli İtaliya Ordusunun yaxın gələcəkdəki satınalma proqramı üçün təqdim edəcəklər.

Chosen
50
poliqon.az

1Sources