EN

Dünya çempionatı 3 fərqli şəhərdə – Sumqayıt və Gəncə də var…

2027-ci ildə 20 yaşınadək kişilər arasında Azərbaycanda keçiriləcək futbol üzrə dünya çempionatı 3 fərqli şəhərdə baş tutacaq.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, AFFA Bakı, Sumqayıt və Gəncədəki stadionları bu turnirin matçlarının keçirilməsi üçün uyğun hesab edib.

Belə ki, paytaxtın Tofiq Bəhrəmov adına Respublika stadionu ilə yanaşı, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu və yenicə istifadəyə verilən Gəncə stadionu turnirin oyunlarının keçirilməsi üçün nəzərdə tutulan arenalardı.

Xatırladaq ki, FİFA Şurası Azərbaycan və Özbəkistanı 2027-ci il FIFA U-20 Dünya Kubokunun birgə ev sahibi kimi rəsmi olaraq təsdiqləyib. Bu tarixi qərar turnirin ilk dəfə iki ölkədə keçirilməsini və Avropa və Asiyanı bir futbol səhnəsində bir araya gətirməsini göstərir.

Chosen
89
idmanxeber.az

1Sources