Yazını böyüt
Yazını kiçilt
Son illərdə Prezident İlham Əliyevin qərarları ilə rəqəmsallaşma, siyasətin inkişafı, kibertəhlükəsizliyin təmin edilməsi və süni intellektin tətbiqi ilə bağlı yeni strategiyalar qəbul edilib.
Hafta.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov açıqlamasında bildirib ki, Dövlət Komitəsi tərəfindən bu siyasətin davamı kimi, 2026-cı ildə rəqəmsallaşma, süni intellekt və kiber təhlükəsizliyin ailələr və uşaqlar üzərində təsiri ilə bağlı araşdırma və qiymətləndirmə aparılması planlaşdırılır.
O, həmçinin bildirib ki, innovasiyaların tətbiqi və media savadlığı sahəsində yeni təlimlərin, musabiqələrin keçirilməsi planlaşdırılır.