EN

Narkokuryer saxlanıldı VİDEO

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Su Nəqliyyatında Polis İdarəsi Zığ Limanında Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polisə xidməti əraziyə daxil olan Xəzər dənizinin Bibiheybət qəsəbəsi sahilində narkotikləri satış məqsədi ilə əldə edərək özündə saxlayan paytaxt sakini 27 yaşlı Fazil Əlizadə saxlanılıb.

Həmin şəxsdən 2 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
57
7
bakivaxti.az

10Sources