EN

Yolun sonu göründü: Büdrəsən, gedəcəksən!

Qeyri-stabil çıxışı ilə diqqə çəkən “Araz Naxçıvan”da işlər qaydasında getmir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Başıyevin klubdan göndərilməsi artıq an məsələsidi. 

Klub rəhbərliyi Baxşıyev və onun məşqçilər korpusundan narazıdı. Komandanın sərgilədiyi futbol və qazandığı nəticələr rəhbərliyi qane etmir.

45 yaşlı mütəxəssisin “Araz Naxçıvan”dakı dönəmi ən qısa zamanda başa çatacaq. Onun qarşıdakı oyunların hər hansı birində büdrəməsi komandadan göndəriləcəyi ilə yekunlaşacaq.

Fərid Nəsibov

Chosen
96
idmanxeber.az

1Sources