EN

ABŞ-da nüvə fiziki öldürüldü

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun nüvə elmləri və fizikası professoru Nuno Loureiro evində hücuma məruz qaldıqdan sonra ölüb.

Publika.az xəbər verir ki, alim 47 yaşında idi. Bruklin Polis İdarəsinin rəisi Cennifer Paster onun ölümünü təsdiqləyib.

"Nuno Loureironun ailəsinə, dostlarına və yaxınlarına dərin hüznlə başsağlığı vermək istəyirəm. Qətllə bağlı istintaq davam edir", - Bruklin Polis İdarəsinin “Facebook” səhifəsində edilən paylaşımda deyilir.

Massaçusets Texnologiya İnstitutunun saytında nekroloq dərc edilib.

“CBS News” hüquq-mühafizə orqanlarına istinadən bildirib ki, Loureiro çoxsaylı güllə yaraları alıb. O, xəstəxanaya yerləşdirilsə də, dekabrın 16-da orada ölüb.

Chosen
82
publika.az

1Sources