EN

Ermənistan parlamentinin spikeri müxalifəti hədələyir

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ermənistan parlamentinin sədri Alen Simonyan parlamentin bu gün keçirilən fövqəladə iclasında hakim “Vətəndaş müqaviləsi” partiyasının bütün əleyhdarlarını “qanuni” təqiblərlə hədələyib.

Reyting.az xəbər verir ki, spiker müxalifətə qəbul edilən etik qaydaları xatırladıb.

“Bəli, biz etik qaydalar qəbul etmişik. Amma baxın, mənə baxın - səhv etməyin! Hamınız qanun çərçivəsində hər şeyə görə məsuliyyət daşıyacaqsınız. Ehtiyatlı olun və səhv etməyin! Tərbiyəmizi, məsuliyyət hissimizi heç nə ilə qarışdırmayın”, - deyə spiker xəbərdarlıq edib.

Bu, parlament sədrinin keçmiş Yerevan merinin köməkçisi, hazırda parlament üzvü Taron Marqaryanın hazırkı hakimiyyəti korrupsiyada və Milad ağacı bəzəklərini həddindən artıq şişirdilmiş qiymətlərlə almaqda ittiham etməsinə cavabı olub.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
142
reyting.az

1Sources