Bakı. Trend:
Ailə vəzifələri olan işçilərlə bağlı anlayışın qanunvericiliyədaxil edilməsi xüsusi diqqətəlayiqdir.
Trend xəbərverir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova MilliMəclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünküiclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanunlayihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, artıq işçilər təkcə cinsinə, ailə vəziyyətinə vədigər əlamətlərinə görə deyil, ailə vəzifələrinə görə də hər hansıayrı-seçkiliyə məruz qala bilməzlər:
“Hətta hesab edirəm ki, gələcək mərhələdə bu yanaşma CinayətMəcəlləsində də əksini tapa bilər. Məlumdur ki, CinayətMəcəlləsinin 164-cü maddəsində hamilə qadınlarla, himayəsində üçyaşınadək uşağı olan şəxslərlə, eləcə də üç yaşınadək uşağıtəkbaşına böyüdən atalarla əmək müqaviləsinə xitam verilməsiqadağan olunur və bu əmələ görə cinayət məsuliyyəti nəzərdətutulur. Təklif edərdik ki, növbəti mərhələdə bu kateqoriyalargenişləndirilsin və ümumilikdə ailə vəzifələri olan işçilərlə əməkmüqaviləsinə xitam verilməsinə görə cinayət məsuliyyəti müəyyənedilsin. Bu, Əmək Məcəlləsində nəzərdə tutulan normaları daha dagücləndirərdi”.